Göyçayda toy edənlər və müştərilər cərimələndi
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cəyirli kəndi ərazisində yerləşən “Blue River” kafesində toy mərasiminin keçirildiyi müəyyən edilib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, həmin obyektə baxış keçirən zaman icarədar İlqar Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub. Polis əməkdaşları tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
