Göygöldə qəza, bir ölü
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV yerli bürosunun məlumatına görə, hadisə rayonunun Quşqara kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı ölən piyada Gəncə şəhər sakini Azər Allahverdiyevdir. Piyadanın meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib. Hadisə törədən sürücünün polis tərəfindən izahatı alınıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Göygöl
DİGƏR XƏBƏRLƏR

Boris Conson Ərdoğanla türkcə zarafatlaşdı, Bayden güldü

Əri şəkil çəkib atıb ki, gəl evə - XALİDƏ KƏNGƏRLİ ÖZÜNÜ ÖLDÜRÜB? - APA TV

Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA
