Gözəllik salonunda işçiləri təhqir edən Kənan həbs olundu

# 14:51
17 yanvar 2022

Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən cinsi azlıq nümayəndəsi Kənan Tağıyevə hökm oxunub.

 

APA TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Kənan Tağıyev 2021-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan metamfetamin aşkar olunaraq götürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR