Güclü küləkdə xəsarət alanların sayı açıqlandı

# 11:01
5 aprel 2022

Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə APA TV-yə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar:

 

"Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan uşağı olub", - deyə məlumatda bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR