Güclü yağış yağdı, evlərə və zirzəmilərə su doldu - GƏNCƏDƏ

# 14:16
5 may 2021

Gəncədə güclü yağış səbəbindən yaranan sel suları fəsadlar törədib. Şəhər ərazisində gecə saatlarından yağmağa başlayan güclü yağış təsərrüfata ziyan vurub.

 

Bundan başqa, şəhərin Məhsəti qəsəbəsi İlham Hüseynov küçəsində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb.

 

Sakinlərin problemlərinin həllinə gəlincə Gəncə şəhər İcra Hakimiyyətində bildirildi ki, məsələnin onlara aidiyyəti yoxdur. Sakinlərin ümidi isə evlərə dolan suyun öz-özünə çəkilməsinə qalıb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR