Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

# 07:09
15 iyun 2022

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR