Hamilə qadın özünü su kanalına atdı

# 17:10
11 noyabr 2021

Göyçay rayonunda intihar hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ucar rayonu Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Şıxıyeva ailə üzvləri ilə birgə, qaynına məxsus "VAZ 2107" markalı avtomobillə İsmayıllı rayonuna, həyat yoldaşının nənəsigilə qonaq gedib. Bir uşaq anası və hazırda ikinci uşağa hamilə olan Nuranə Şıxıyeva İsmayıllıdan geri qayıdarkən Göyçay rayonu Potu kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanında özünü narahat hiss etdiyini və avtomobili saxlamasını istəyib. Nuranə Şıxıyeva avtomobildən düşərək naməlum istiqamətə gedib. Aparılan araşdırma zamanı onun özünü Yuxarı Şirvan kanalına atdığı məlum olub. Polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin işçiləri və vətəndaşlar tərəfindən Yuxarı Şirvan kanalında aparılan axtarış tədbirləri zamanı onun meyiti kanala düşdüyü yerdən bir kilometr aralıda, Göyçayın Cəyirli kəndi ərazisindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Nuranə Şıxıyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR