Həbs olunmuş sabiq nazir Səlim Müslümov tibb müəssisəsinə yerləşdirildi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.
APA-nın əldə etdiyi xəbərə görə, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib

Kəlbəcərdə əsgərlərimizin qürur verən GÖRÜNTÜLƏRİ – APA TV
