Helikopter bölmələrimizlə təlimlər keçirildi

# 12:35
19 avqust 2022

 

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR