Həmkəndlisinin evinə girdi, evdəkiləri bıçaqlayıb qızılları apardı
Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini, 30 yaşlı Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, Alqış Quliyevin həmkəndlisi 37 yaşlı Şamxal Şahverdiyev qarət məqsədilə onların yaşadığı evə daxil olub. Şamxal Şahverdiyev Alqış Quliyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib. O cümlədən qarətçi əlində olan bıçaqla evin xanımına yüngül xəsarət yetirib, boynundakı boyunbağını qıraraq hadisə yerindən uzaqlaşıb. Alqış Quliyevin vəziyyəti ağır olduğundan o, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb.
Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.
Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam edir.
Ilkin Rzayev
Rövşən Almazoğlu
APA TV Astara
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
