Hərbi PUA bazarında yeni ad - Türkiyə kamikadze dronlar istehsal edəcək
Türkiyə “Qarğı” adlı yeni kamikadze PUA-sının istehsalına başlayır.
APA TV xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
PUA-nın imkanlarından İLK DƏFƏ EFES-2022 təlimləri çərçivəsində istifadə olunub.
Qeyd olunub ki, Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının dəstəyi ilə “Lentatek” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemlərinə inteqrasiya olunmuş radarların, eləcə də düşmənin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üçün nəzərdə tutulub.
Rəsmilərin verdiyi xəbərə görə, “Qarğı”nın 2018-ci ildən bəri davam edən sınaqları tamamlanıb və tezliklə kütləvi istehsala başlanılacaq. Kamikadze dronunun bütün komponentləri, o cümlədən mühərrik və proqram təminatı yerlidir. Qeyd edək ki, raket mühərriki və təyinat başlığı olan dron xüsusi kapsuldan buraxılır və düşmən ərazisi üzərində uzun müddət dövrə vura bilir.
Fuad Sadıqov
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
