Hikmət Hacıyev ABŞ-da Armen Qriqoryanla nəyi müzakirə edib?

# 11:20
28 sentyabr 2022

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

 

APA TV xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

 

“Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qonaq etdim. Biz şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.

 

Yeri gəlmişkən qeyd edək ki, Hikmət Hacıyev də Armen Qriqoryanla müzakirə olunan məsələləri açıqlayıb.

 

“Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik”, - deyən Prezidentin köməkçisi diqqətə çatdırıb ki, görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib.

 

“Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - deyə Hikmət Hacıyev qeyd edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR