Hüseynbala Mirələmovun restoranında ÖLÜM
Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
APA TV xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.
Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.
DİGƏR XƏBƏRLƏR

Bu günün valyuta məzənnələri - 31.01.2023

Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya

İranda 40 milyona yaxın azərbaycanlı fars rejminin əlində əsirdir - Şeyx
