İki rayonda reyd keçirildi, avtoxuliqanlıq edən sürücülər saxlanıldı

# 11:58
21 aprel 2021

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər aparıblar.

 

Bundan başqa, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər barəsində də qanunamüvafiq tədbir görülüb.

 

Reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi “VAZ-2115” markalı avtomobil ilə avtoxuliqanlıq etdiyi də məlum olub. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən Eltun Həmidli, sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

 

Göygöl rayonunda da anoloji tədbirlər davam etdirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb.

 

Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Olar barəsində inzibati tədbirlər görülüb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR