İlin əvvəlindən əhalinin sayı artıb

# 15:14
14 aprel 2021

İlin əvvəlindən ölkə əhalisinin sayı 7 994 nəfər və ya 0,1 faiz artıb. Bununla da 2021-ci il mart ayının 1-nə olan əhalinin sayı 10 127 127 nəfərə çatıb.

 

Bu barədə APA TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

 

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR