İçində 11 nəfərin olduğu qayıq Kürdə batdı

# 11:31
3 iyun 2022

Mingəçevir rayonunda Kür çayında gəzinti qayığı qəzaya uğrayıb.

 

APA TV-nin xəbərinə görə, 1995-ci il təvəllüdlü Bayramov Fərid Valeh oğlunun idarə etdiyi “Amur” tipli kater aşıb. 

 

Belə ki, sözügedən kater altı nəfərlik olsa da, sürücü 11 nəfər mindirib. Nəticədə qayığa su dolub və çevrilib. 

 

Daha sonra sərnişinlər xilas edilib, xəsarət alan olmayıb.

 

Katerdəki şəxslər arasında hərbçilər də olub.

 

Faktla bağlı araşdırma başlayıb. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR