İçində 4 min bahalı maşın olan gəmini kim batırdı?

# 14:01
8 aprel 2022

Bu ilin mart ayının 1-də Azor adalarında batmış “Felicity Ace” yük gəmisi ilə bağlı bəzi detallar məlum olub.

 

APA TV xəbər verir ki, batan yük gəmisinin göyərtəsində 4 minə yaxın nəqliyyat vasitəsi olub.

 

Gəmi ilə birlikdə 15 “Aventador”, 20 “Huracan” və 50 “Urus” olmaqla, 85 “Lamborghini”, həmçinin 846 “Audi”, 580 “Porsche”, 190 “Bentley” avtomobili batıb.

 

Suda qərq olan avtomobillərin arasında “Kia Soul”, “Mini Countryman”, “Nissan Versa Note”, eləcə də 1977-ci il istehsalı olan “Land Rover” və “BMW 750” də olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR