İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü
Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində dünyasını dəyişib.
C.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə dünyasını dəyişən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.