İki milyonluq oğurluq edən "alpinist"lə bağlı MARAQLI QƏRAR

# 18:56
8 aprel 2022

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cavid Süleymanovun vəkili vəsatət verərək müvəkkilinin psixi problemlərdən əziyyət çəkdiyini və bu səbəbdən onun barəsində ekspertlər tərəfindən stasionar ekspertiza keçirilməli olduğunu bildirib. O, ekspert rəylərinin iş materiallarına əlavə edilməsini istəyib. Vəsatət təmin edilib.

Prosesdə digər zərərçəkənlərin və bəzi şahidlərin ifadəsi elan edilmiş hesab edilib. Bununla da məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış etmək üçün vaxt istəyib və proses aprelin 22-ə təyin edilib.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR