İki şəhərdə hərbi hissələr bombalandı / Rusiya-Ukrayna savaşı

# 12:06
1 mart 2022

Ukraynanın Odessa vilayəti raket hücumuna məruz qalıb.

 

APA Unian.net saytına istinadən xəbər verir ki, hücum İzmail rayonunun Loşinovka kəndi istiqamətində gerçəkləşib.

 

Loşinovka kəndində Ukrayna Ordusunun Radiolokasiya Stansiyası və hava hücumundan müdafiə sistemi yerləşib.

 

Hadisə zamanı ölən və yaralananların olması barədə məlumat yoxdur.

 

Yeri gəlmişkən qeyd edək ki, Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində də Rusiya ordusunun atəşi nəticəsində hərbi hissə dağılıb. Bombalanma zamanı 70 döyüşçünün həlak olduğu bildirilir.

 

Bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

 

Bununla yanaşı, Jivitski qarşı tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR