İki uşaq anası faciəli şəkildə öldü

# 13:22
26 yanvar 2022

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə rayonun Padar kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da orada dünyasını dəyişib.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Şahnəzər Bəşirov-APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR