İki yaşlı körpə suvarma kanalında boğuldu

# 15:19
4 may 2022

Gəncədə bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayounun Gülüstan qəsəbəsində qeydə alınıb. 2 yaşlı Gəncə sakini, 2020-ci il təvəllüdlü Roza Məmmədova suvarma kanalında boğulub. Körpə kanalın keçdiyi ərazinin yaxınlığında yerləşən evlərdən birinin sakinidir. Ehtimal edilir ki, nəzarətsiz qalan azyaşlı su kanalının kənarında oynayıb. Daha sonra dərinliyi azı 1 metr olan kanala düşərək boğulub.

 

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR