“İkinci əl” mağazasında 1600 manatlıq çanta satılır

# 10:45
28 noyabr 2022

 

İstifadə olunmuş paltarların satıldığı dükanın satıcısı bildirdi ki, bu mallar dünyanın müxtəlif ölkələrində istehsal olunub.

Şölə Abbasovanın sözlərinə görə, sadəcə ehtiyacı olanlar bura üz tutmur, müştərilər sırasında tanınmış müğənnilər, iş adamları da var. Çünki brend məhsullarını bu qədər ucuz qiymətə tapmaq demək olar ki, mümkün deyil.

Dükandan paltar alan sakinlər kameraya danışmaq isməsələr də, şəhərdə keçirdiyimiz sorğuda bir vətəndaşımız buna öz münasibətini bildirdi.

İşlənmiş avtomobil ehtiyat hissələri satılan bazarda isə vəziyyət tam fərqlidir. Burada əksər hallarda işlənmiş ehtiyat hissələri yenisindən baha satılır. Avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Elşad Abbasov APA TV-yə bildirdi ki, işlənmiş məhsullar əsasən Avropa ölkələrindən gəlir.

Sakinlər də ikinci əl avtomobil və onun ehtiyat hissələrinin alışına öz münasibətlərini bildirdilər.

O ki, qaldı işlənmiş məişət avadanlıqlarına. İşlənmişlər içərisində ən ucuz satılan məhz bu məhsullardır.

Belə aydın olur son zamanlar ikinci əl məhsullarının alışına tələbat çoxalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR