İlaxır çərşənbənin qovurğası necə hazırlanır? - DADINDAN DOYMAQ OLMUR

# 20:02
15 mart 2022

Novruz bayramına sayılı günlər qaldı. Bayram süfrəsini xonçasız təsəvvür etmək olmaz. Çox vacibdir ki, bayram xonçasının mərkəzində səməni, ailə üzvlərinin sayına uyğun şam, boyanmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və çərəzlər olsun. Xonçaya qoyulanların üzərinə isə buğdadan hazırlanmış qovurğa səpilir. Əgər qovurğa sözünü ilk dəfə eşidirsinizsə, bilin ki, cənub bölgəsində, xüsusilə, ilaxır çərşənbədə süfrələrə mütləq qovurğa, ya da daha çox işlənən adıyla "qorğa" hazırlanıb qoyulur. "Qorğa" nənələrimizin uzun illərdən bəri hazırladığı ləzzətli bir çərəzdir.

Çərşənbədə 7 növ bitki dənindən qovurğa qovururlar. Əsasən də buğda, qarğıdalı, noxud, günəbaxan tumu və küncütdən istifadə olunur.

Qovurulan qovurğa bərəkət rəmzidir. Evdə bərəkət əskik olmasın, ruzi bol olsun deyə bu adət böyük həvəslə icra olunur.  Novruz bayramının ən önəmli günü ilaxır çərşənbə hesab olunur. Həmin gündə hər kəs evində, ailəsinin yanında olmalıdır. İnanca görə, kim bayramı evində keçirməsə, 7 il doğma ocaqda bayram keçirmək ona qismət olmaz. Biz də sizlərə doğmalarınızla birgə şən bayram keçirmənizi və xoş əhval-ruhiyyədə olmağınızı arzu edirik. Bayramınız mübarək!

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR