İllər öncə partladılmış məsciddə indi baş verir? – ƏRAZİDƏN VİDEOGÖRÜNTÜLƏR

# 21:18
25 oktyabr 2021

Paytaxtın Ruhulla Axundov və Ülvi Bünyətzadə küçələrinin kəsişməsində yerləşən “ƏbuBəkr” məscidində  təmir-bərpa işləri aparılır.

 

APA TV xəbər verir ki, ustalar deyir ki, bu ilin yay aylarından başlayan təmir işləri gələn ilin payız ayları üçün yekunlaşmalıdır.

 

Artıq bərpaetmə prosesinin bir qismi bitmək üzrədir. Belə ki, sol minarənin söküntüsü başa çatdıqdan sonra bərpa ediləcək. Sağ minarənin isə yuxarı təbəqəsinin restavrasiyasına başlanılacaq. Qeyd edək ki, binanın önə doğru 4 metrə qədər genişləndirilməsi də nəzərdə tutulur. Məscid həyətinin lentlərlə izolyasiya edilməsinə gəlincə isə...

 

Bizdə olan məlumata görə, ərazinin bu qismi lentlərlə bağlanmışdı. Bəzi vətəndaşlar narahat idi ki, məsciddə söküntü işləri aparılır, yaxud da məscidi başqa yerə köçürürlər. Tam olaraq elə deyil. Sadəcə Yuxarıda, minarənin söküntü işləri ilə bağlı riskli vəziyyət var. Misal üçün, daş insan və ya maşınların üzərinə düşə bilər. Lenti də ona görə çəkiblər ki, insanlar buradan keçərkən daha ehtiyatlı olsun. Lakin gördüyünüz kimi, artıq lentlər yığışdırılıb və ərazidə heç bir təhlükə yoxdur.

 

Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində məsciddə baş vermiş terror zamanı iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.

 

Mir Çingiz Ağazadə,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR