İmişlidə brakonyerliyə qarşı reyd keçirilib

# 13:21
18 yanvar 2022

İmişlidə brakonyerliyə qarşı reyd keçirilib, sintetik tor və qanunsuz ov qurğuları sudan çıxarılaraq məhv edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumatına görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə Araz çayının rayon ərazisindən keçən hissələrində, eləcə də bir neçə su kanalında qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi taxta qayıqlar, rezin təkərlər, kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.

 

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR