İndiyə kimi nə qədər məhkum azadlığa çıxıb?

# 20:48
3 dekabr 2021

“8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının icrası davam edir. Bu gün Ədliyyə Nazirliyi 5 Penitensiar müəssisəsindən onlarla məhbus azadlığına qovuşacaq. Onların arasın bilərkdən və yaxud bilməyərəkdən cəza alanlar da məhkumluğu həyat tərzinə çevirənlər də var. Hazırda 15 saylı cəzacəkmə müəssisəndəyik. Ömrünün nə az, nə çox, düz 16 ilini dəmir barmaqlılar arasında keçirən Zamin Həşimovun həyat hekayəsini anladacaq”.

 

- 2018-ci ildə DTX tərəfindən həbs olundum. 3 il 6 ay azadlıqdan məhrum edildim. Hətta deyərdim ki, tutulduğum andan bu günə qədər DTX əməkdaşları və digər hüquq mühafizə orqanları da uşaq evində böyüdüyümü nəzərə aldı. Azadlığa çıxmağıma 4 ay 25 gün qalmış Prezidentin Sərəncamına əsasən Zəfər Amnistiyası mənə də şamil olundu. Yenə minnətdaram, yenə təşəkkür edirəm. 37 yaşım var, bu mənim 5-ci məhkumluğumdur. Ömrümün 16 ilin təcridxanalarda yaşamışam. İşsizlik məni arda-arda cinayətlərə vadar elədi. Bilirsiniz necədir? İş axtarırsan, tapırsan, bilirlər ki məhkum olmusan səni işə götürmürlər. Hara gedirsən məhkumluq haqqında arayış istəyirlər. Düzdü sosial verirlər, bu da bir müddət yetir, sonra yenə məcbur qalırsan. Bilirsiniz qanunlar dəyişməlidir. Biz türmədə olmağımıza baxmayaraq oxuyuruq. Türmə özü də məktəbdir.

 

Əgər türmə məktəbdirsə niyə 5 dəfə ardıcıl cinayət törətmisiniz?

 

- Məni həyat vadar elədi. Ata yox, ana yox, heç kimim yoxdur. Uşaq evindən çıxanda 18 yaşım vardı. İşsiz idim, təhsilsiz idim. 5 anoloji cinayət törətmişəm. Saxta sənəd düzəlişləri ilə məşğul olmuşam.

 

Ardıcıl cinayət törətməkdə məntiq varmı?

 

İnanın cinayətin məntiqi olmur. Bilirsiniz necədir, bu həyat tərzi deyil, bir də türmə insanı daxildən çürüdən yerdir. Sözün əsl mənasında adam olmaq lazımdır. Bizim tarix müəllimimizin dediyi kimi...”

 

Zahid Həmdəmov da Amnistika aktından yararlananlardan biridir: “56 yaşım var. İkinci məhkumluğumdur. Analoji cinayətlərlə. Narkotik satışı. Ümumilikdə 16 il məhkumluq həyatı yaşamışam. Bu sondur. İndi ailəmin, uşaqlarımın yanına qayıdıb təsərrüfatda işləyəcəyəm. Azadlığa çıxmağıma 4 ay qalmış Amnistiya mənə də şamil olundu.

 

Fikrət Əhədov isə 5 il azadlıqdan məhrum edilib: “5 ildir azadlıqdan məhrum edilmişəm. 234-cü maddə ilə.  5-ci məhkumluğumdur. Cənab Prezidentə təşəkkür edirəm. Artıq azadlığıma qovuşdum”.

 

Ədliyyə nazirliyinin idarə rəisi Aynur Sabitova deyir ki, Nazirliyin Probasiya Xidməti tərəfindən 5 noyabrdan 3 dekabra qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan məhkum edilmiş 1307 nəfərə Amnistiya aktı tətbiq edilib. “"8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının icrası çərçivəsində yerli Probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib. Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır. Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb. Amnistiya aktı tətbiq edilən 40 qadın məhkumun cəzası azaldılıb, 24-ü azadlığa buraxılıb”.

 

Aynur Sabitovanın sözlərinə görə, Zəfər Günü ilə bağlı elan olunmuş Amnistiya aktı Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib.

O bildirib ki, həmin qadınlardan 40-nın cəzası 6 ay azaldılıb, 24-ü isə azadlığa buraxılıb.

Amnistiya aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.

 

Bundan başqa, indiyə qədər akt 1500-dən çox şəxsə şamil olunub. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

 

Amnistiya aktının icrası ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR