İngiltərədəki Azərbaycan restoranında görün nələr var?
Londondakı yeganə Azərbaycan restoranı: “Land of Fire"… Doğma dildə “Odlar Yurdu” adlanan bu yer nə yaxşı ki, var… Milli yeməklərimiz üçün darıxanda, burada yaşayan əksər azərbaycanlılar kimi, ən azından, qapısını açmağa yerimiz var deyə, düşünürəm.
“Odlar Yurdu”nun 20 yaşlı meneceri Diana Daşdəmirova Londonda doğulub, boya-başa çatıb. Atası Elçin bəy 2020-ci ildə açıb bu restoranı. Diana anası və bacısı ilə birgə bu restoranda işləyir. Çəkilişdən əvvəl Azərbaycan dilində danışanda ara-sıra çaşdığını deyir, əslində isə yaxşı danışır. Hazırda London İqtisadiyyat Universitetinin üçüncü kurs tələbəsidir.
Restoranın hər iki aşbazı azərbaycanlıdır. Köməkçilərdən biri ukraynalı, digəri isə qazaxıstanlıdır. Mənə maraqlıdır, görəsən Londonda restoran işlətmək çətindirmi?
Diana xanım deyir ki, Londonda qayda-qanunlar daha sərtdir.
Diana xanım müştərilərin 80 faizinin xarici olduğunu deyir.
Beləliklə, Londondakı Azərbaycan adasında - "Odlar Yurdu" restoranında olduğumuz bu bir neçə saatlıq zaman ərzində gördüklərimizi və öyrəndiklərimizi tamaşacılarımızla bölüşmək qərarına gəldik. Qəriblikdə insan həm də vətəninin özünəməxsusluğu ilə seçilən təamları üçün darıxır. Ona görə də, bəzən bir restoran bir həsrəti ovuda bilən doğma ünvana çevrilir...