“İnstagram”da İran vətəndaşı ilə danışdı, Masallıya gəldi və...

# 16:56
22 iyun 2021

Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə tutulub. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş İsmət Çobanov saxlanılıb:

Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman ümumi təmiz çəkisi 1 kiloqram 175 qram külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı İsmət Çobanovun həmin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib: “Mən “instagram”da İran vətəndaşı ilə danışmışdım. O, mənə dedi ki, Masallı ərazisində qoyacağam malı, gəlib oradan götürərsən. Mən də gəldim Masallıya, o da qoymuşdu ora, gəlib götürdüm torbada idi, götürəndə polis əməkdaşları məni orada tutdular”.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR