İran Zəngəzur dəhlizinə hörmətlə yanaşacaq

# 15:13
10 fevral 2022

“Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında olan məsələdir və onunla bağlı qərara hörmətlə yanaşacağıq”.


APA TV xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.
 

Diplomat iranlı nazir Qaseminin bu günlərdə Azərbaycana səfər etdiyini diqqətə çatdıraraq əlavə edib ki, nazir azad olunmuş ərazilərə səfəri zamanı İrana yeni istiqamətin açılması, yolun çəkilməsi ilə bağlı müzakirələr aparıb: "İki ölkənin üstünlüyü odur ki, nəqliyyat dəhlizləri bu ölkələrdən keçir və biz bu dəhlizləri hər zaman müdafiə edəcəyik. Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik".


Səfir həmçinin qeyd edib ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsi ötən il 30%, o cümlədən Azərbaycanın İrana ixracı 11% artıb.

Semral Cavad,
Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR