İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi

# 15:28
7 dekabr 2022

İranın Kərəc şəhərində yaşayan həkim Həmid Qarahəsənli barəsində ölüm hökmü verilib.

 

Bu barədə “BBC” məlumat yayıb. 53 yaşlı radioloqun İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsi işi üzrə ittiham edilərək edam cəzasına məhkum edildiyi bildirilir.

 

Həmid Qarahəsənlinin həyat yoldaşı, 46 yaşlı Fərzanə Qarahəsənli isə 25 il müddətə azadlıqdan məhrum edilib.

 

Yerli media sözügedən cütlüyün azərbaycanlı olmasını iddia edir.

 

Qeyd olunur ki, ailə ölkədəki etirazlar zamanı öldürülən Hədis Nəcəfi adlı qadının 40 mərasiminə qatıldıqdan sonra saxlanılıblar. Daha sonradan cütlüyə qarşı ittihamlar irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR