Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb
Azərbaycan Xarici İşlər Nazirliyi İrandakı səfirliyimizə silahlı hücum barədə məlumat yayıb.
Məlumatda bildirilir:
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!