İrəvan Bakının 5 təklifinə cavab veribmi?

# 18:25
31 mart 2022

İşğal faktının başa çatması ilə geniş imkanlar yaranıb. Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması, delimitasiya prosesinə start verilməsi və s. çağırışlarına cavab verilməyib.

 

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT sədri, Polşanın xarici işlər naziri Rau Zbignievlə mətbuat konfransında deyib.

 

Nazir xatırladıb ki, Ermənistanla normallaşma prosesinə dair bir ay əvvəl yeni təklif irəli sürülüb, 5 baza prinsipi təqdim edilib: “Biz hələ də konkret cavab gözləyirik. Ermənistan tərəfindən bir neçə pozitiv mesaj səslənir, biz bunu görürük. Güman etmək istəyirik ki, bu, Ermənistanın məsələyə ciddi şəkildə yanaşmasının təzahürüdür. Məsələyə ciddi yanaşma olduğu təqdirdə biz hazırıq, real addımların atılmasının zamanıdır. Biz ümid edirik ki, bunun nəticəsi yaxın zamanda görünəcək”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR