İşğaldan azad edilən ərazilərdə YENİLİK
“Sayğacın oğurlanması digər istehlakçının haqqına, hüququna girmək deməkdir. Təchizatda hər hansı problemin yaranması deməkdir. Bu bilavasitə özgə əmlakının qanunsuz mənimsənilməsidir”.
Bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov deyib: “Oğurluğun hər bir forması qəbuledilməzdir, sayğaclarda da həmçinin. Dövlət müəssisəsi olan "Azəriqaz"ın təchiz etdiyi sayğacların bir dəyəri vardı. Az dəyərli olması yüngülləşdirici hal hesab edilmir. Hər hansı qanunsuz bir hərəkətə bəraət qazandırılması cəhdi kimi qiymətləndirilir. Bizim təəssübkeşliyimiz digərlərinin belə sövdələşməyə vadar edir. Bizim maddi durumu aşağı olan bir çox abonentimiz var, amma bu hərəkətlərə yol verilməməlidir. İstehlakçılara əsas mesajımız ondan ibarətdir ki, qaz sayğacının mənimsənilməsi yolverilməzdir”.
“Açıq qapı” aksiyasında qurumun şöbə rəisi Teymur Cəfərov həmçinin işğaldan azad olunan ərazilərdə qaz sayğaclarının quraşdırılması məsələsinə də toxundu: “Azad olunan ərazilərdə qazlaşma işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür. İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir. Bundan başqa, işğaldan azad olunan ərazilərdən daxil olan zəngləri cavablandırmaq üçün də operatorlar ayrılacaq”.
Xatırladaq ki, “Açıq qapı”aksiyası hər həftənin 5-ci günü keçirilir.