İşğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri tətbiq oluna bilər

# 17:57
27 oktyabr 2021

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılır.

 

APA TV xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, sənaye zonalarının investisiya cəlbediciliyini artırmaq üçün vergi və gömrük təşviqi tətbiq edilir: "Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"inə əsasən, Azərbaycanın 2022-2026-cı illər üzrə ortamüddətli strateji inkişaf strategiyası hazırlanır. Biz gələcəkdə istehsal fəaliyyətinə, investisiya alətlərinə, insan kapitalının inkişafına, turizm sahəsi üzrə, informasiya və kommunikasiya texnologiyalarına və işğaldan azad olunmuş ərazilərdə vergi güzəştlərinin verilməsi məsələsinə də baxırıq".

 

Nazir bildirib ki, işğaldan azad edilən ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası, yeni regional və beynəlxalq logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

 

Onun sözlərinə görə, bu, həmçinin ölkənin region iqtisadiyyatının ümumi arxitekturasını müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək: "İndiyədək Azərbaycan regional infrastruktur layihələrini uğurla həyata keçirib. Ölkəmiz Şimal-Cənub dəhlizlərinə böyük investisiyalar yatırıb və hazırda beynəlxalq dəhlizlər boyu yol infrastrukturunun genişləndirilməsinə sərmayələr cəlb etməkdədir".

 

O həmçinin bildirib ki, Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması investisiya qoyuluşları üçün əlavə imkanlar yaradır. Nazir əlavə edib ki, regionda yeni beynəlxalq və regional nəqliyyat logistika dəhlizinin bərpa olunması, işğaldan azad edilən ərazilərin inkişafına ciddi təkan verməklə qlobal bazarlara çıxışı bir qədər də artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR