İsmayıllıda bədbəxt hadisə baş verdi

# 15:40
21 dekabr 2021

İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. 

 

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

 


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.

Şahnəzər Bəşirov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR