İsmayıllıda Birinci və İkinci Qarabağ savaşı şəhidlərinin xatirəsinə bulaq tikilib

# 19:28
31 may 2021

44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Osmanlı Teymur Saday oğlunun ad günü qeyd olunub. Şəhidin xatirəsi dəfn olunduğu Cülyan kənd qəbiristanlığında anılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, çıxış edənlər Teymurun keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, Osmanlı Teymur 1995-ci ildə anadan olan Teymur orta məktəbi bitirdikdən sonra ali təhsil alıb. Teymur Osmanlı 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsinə qatılıb və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Anım mərasimindən sonra Cülyan kəndində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Baş leytenant Çingiz Bağırov və Teymur Osmanlının xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib.

 

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

Bulaq kompleksinin açılışından sonra şəhid ailələri ilə görüşən rayon rəhbərliyi onların qayğıları və problemləri ilə maraqlanıb.

 

Şahnəzər Bəşirov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR