İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 18 nəfər cərimələnib

# 18:04
5 may 2021

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkar edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin çay evində sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulduğu da müəyyən edilib.

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi İmran Ömərov və 17 nəfər müştəri barəsində cərimə protokolları tərtib olunub, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR