İsmayıllıda maşın ağaca çırpıldı, iki nəfər xəsarət aldı
İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Buynuz kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Chevrolet” markalı avtomobil yoldan çıxaraq ağaclara çırpılıb. Hadisə nəticəsində 2 nəfərin xəsarət alıb.
Bakı şəhər sakinləri 1947-ci il təvəllüdlü Səyyarə Böyük ağa qızı Əliyeva və 1996-cı il təvəllüdlü Gülnarə Fuadqızı müxtəlif bədən xəsarətləri ilə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.