İsrail və ABŞ Qubaya gəlir? - YENİ ƏMƏKDAŞLIQ
İsrail ABŞ-2019-cu ildə İsrailin Yardım və İnkişaf Agentliyi ilə ABŞ-ın USAİD təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən beynəlxalq səviyyədə əməkdaşlığa dair razılığa gəlinib.
APA TV-nin xəbərinə görə, bu barədə Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Diplomatın sözlərinə görə, İsrail və ABŞ Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində - müsəlman dünyasında ən böyük yəhudi icmasının yaşadığı regionda da əməkdaşlıq edəcək.
Səfir qeyd edib ki, USAİD-lə birgə Qırmızı qəsəbədə yerləşən bir bina təmir ediləcək və ora Yəhudi Mədəniyyəti və İrsi Mərkəzinə çevriləcək.
DİGƏR XƏBƏRLƏR

“Sevdiklərimin səsini eşitmək istəyirəm” - Ayanın ürək dağlayan sözləri…

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı
