İsraildən Azərbaycana dostluq mesajı

# 15:10
29 mart 2023

Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır.

 

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında deyib.

 

“Xalqlarımız arasında yaxın əlaqələr münasibətlərimizin vacib elementidir. Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Yanvar ayında İsrailin Avrasiya ölkələrindəki səfirlərinin iclası Bakıda keçirildi, bu, tərəfdaşlığın və dostluğun ən böyük göstəricisidir” – deyə Ceyhun Bayramov vurğulayıb.

 

Nazir qeyd edib ki, Azərbaycan və İsrail illərdir ki, müdafiə və təhlükəsizlik sahəsində uğurlu əməkdaşlıq edir. O bildirib ki, görüşdə regional və Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR