İstanbulda partlayış törədən qadının evindən nələr çıxıb? - APA TV
Türkiyədə, İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb.
APA TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 ABŞ dolları, 5 min avro və 10 min lirə pul, çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.
O da məlum olub ki, Ahlam İstanbula kişi terrorçu ilə birgə gəlib. Onlar ölkəyə gələrkən özlərini ər-arvad kimi təqdim ediblər.
Həmin kişi Albashıra təxminən 1 kilo partlayıcı verərək İstiqlal küçəsinə göndərib. Həmin terrorçunun saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
Bundan başqa, hadisə ilə əlaqədar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb.
Qeyd edək ki, terror hadisəsi zamanı 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.
DİGƏR XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinə hücum edənin kimliyi bilindi

İran məsuliyyətdən boyun qaçırmaq istəyir

Türkiyə Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış etdi
