İstirahət obyektinin yaxınlığında insan dölü tapıldı
Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yeni doğulmuş körpə meyiti aşkar edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, ölü insan dölü rayonda “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağında tapılıb.
Hazırda insan dölünün aşkar edilməsi ilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Şentop Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyəli iş adamı Azərbaycan generallarının qardaşlarını məhkəməyə verdi

Dünən yanan ikimərtəbəli ev keçmiş deputatın imiş...
