İsveçin NATO-ya qəbulu bir il ərzində baş verə bilər
Stokholm və Ankara, şübhəsiz ki, İsveçin NATO-ya mümkün üzvlüyü ilə bağlı yaranan fikir ayrılıqlarını aradan qaldıra biləcəklər.
APA xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransı zamanı deyib.
“Biz Türkiyə ilə dialoqu davam etdirəcəyik və bütün mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışacağıq. Əminəm ki, biz bu ikitərəfli məsələni həll edəcəyik”, - deyə XİN rəhbəri bildirib.
Baş nazir Maqdalena Anderssonun sözlərinə görə, krallığın Şimali Atlantika Alyansına qəbul edilməsi prosesi bir ilə qədər çəkə bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya qoşulma ehtimalını müsbət hesab etmir, çünki Skandinaviya ölkələri terror təşkilatlarına qapılarını açır.
DİGƏR XƏBƏRLƏR

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

“Nərmin işi”ndə ziddiyyətlər: Hadisə yerindən tapılmayan materiallar ekspertizaya necə gəlib çıxıb?
