İt 40 yaşlı kişini parçaladı, iki nəfəri yaraladı
Masallıda it 40 yaşlı kişini parçalayaraq öldürüb, köməyə gələn iki nəfərə isə xəsarət yetirib. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonu Viləş kəndinin ərazisindəki örüşdə həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itlərin hücumuna məruz qalıb. Bu zaman köməyə gələn iki nəfər-Elməddin Məmmədov və Musa Kazımova da itlər xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən it dişləməsi yaraları ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sakinlərin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.