İtlə oynayan uşaqlar heyvanın hücumuna məruz qaldı

# 18:07
1 aprel 2022

Gəncədə bir ailənin 3 üzvünü it dişləyib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin “DOST 101” adlanan yaşayış massivində baş verib. 12 yaşlı Hüseyn Əlizadə, 11 yaşlı İlkin Xəlilov və nənələri - 61 yaşlı Fahilə Hüseynova dünən axşam saatlarında it dişləməsi səbəbilə xəstəxanaya çatdırılıblar. Hər üç xəstəyə tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

 

Nənənin sözlərinə görə, nəvələri itlə oynadıqları zaman hadisə baş verib.

Ev heyvanı azyaşlılara daha çox xəsarət yetirib.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR