İtlər kənd sakininə hücum etdi - QULAĞI QOPDU

# 21:56
5 dekabr 2021

Kürdəmirdə sahibsiz itlər rayon sakininə hücum edərək qulağını qoparıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun QarasaqqaI kəndində qeydə alınıb.


Kənd sakini 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə itlər Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb. Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR