Jalə Əhmədova həyat yoldaşının ölüm səbəbini açıqladı

# 14:09
5 oktyabr 2022

"Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".

 

APA TV xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Jalə Əhmədova həyat yoldaşının vəfatı haqda danışarkən deyib.

 

O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: “Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”.

 

Qeyd edək ki, Babək Əhmədov oktyabrın 4-də vəfat edib.

 

Xatırladaq ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR