Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub
Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.
APA TV-nin məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Elnur Əşrəfoğlunun ailə üzvləri, yaxınları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İyirmi ilə yaxın televiziyada çalışan Elnur həmkarlarının da yaddaşında xoş xatirələrlə qalıb.
Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu, "Yeni Klinika"da müalicə alırdı.
RAMİL ZEYNALLI
ƏLİ ƏLİYEV
APA TV, ABŞERON