Keçmiş məhkumdan 70 min manatlıq narkotik götürüldü

# 17:50
8 may 2021

Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda təxmini qiyməti 70 min manat olan, külli miqdarda heroin və tiryək dövriyyədən çıxarılıb.

 

Əməliyyat zamanı yaxalanan keçmiş məhkum Elsevər Nəbiyevin üzərindən 3 qram “heroin” aşkar edilərək götürülüb.

 

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin mənzilindən də külli miqdarda narkotik maddə aşkar edilib: “Elsevər Nəbiyevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kq 30 qram heroin və 609 qram tiryək aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib”.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Naizmoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR